İNSANİ DƏYƏRLƏR

1. İnsan Allah-taalanın yer üzərindəki xəlifəsidir.

وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلاَئِكَةِ إِنِّي جَاعِلٌ فِي الأَرْضِ خَلِيفَةً قَالُواْ أَتَجْعَلُ فِيهَا مَن يُفْسِدُ فِيهَا وَيَسْفِكُ الدِّمَاء وَنَحْنُ نُسَبِّحُ بِحَمْدِكَ وَنُقَدِّسُ لَكَ قَالَ إِنِّي أَعْلَمُ مَا لاَ تَعْلَمُونَ (30)

([Ya Məhəmməd!] Sənin Rəbbin mələklərə: «Mən yer üzündə bir xəlifə [canişin] yaradacağam», – dedikdə, mələklər: «Biz Sənə şükr etdiyimiz, şə’ninə tə’riflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən yer üzündə fəsad törədəcək və qan tökəcək bir kəsimi yaratmaq istəyirsən?» – söylədilər. Allah [onlara]: «Mən bildiyim şeyi siz bilmirsiniz!» – buyurdu.) (Bəqərə-30).

وَهُوَ الَّذِي جَعَلَكُمْ خَلاَئِفَ الأَرْضِ وَرَفَعَ بَعْضَكُمْ فَوْقَ بَعْضٍ دَرَجَاتٍ لِّيَبْلُوَكُمْ فِي مَا آتَاكُمْ إِنَّ رَبَّكَ سَرِيعُ الْعِقَابِ وَإِنَّهُ لَغَفُورٌ رَّحِيمٌ (165)

([Ey insanlar!] Verdiyi ne’mətlərlə sınamaq üçün sizi yer üzünün varisləri tə’yin edən, dərəcələrə görə birinizi digərinizdən üstün edən Odur.) (Ən’am-165).

2. İnsanın elmi tutumu məxluqatın malik ola biləcəyi tutumlardan daha üstündür.

وَعَلَّمَ آدَمَ الأَسْمَاء كُلَّهَا ثُمَّ عَرَضَهُمْ عَلَى الْمَلاَئِكَةِ فَقَالَ أَنبِئُونِي بِأَسْمَاء هَـؤُلاء إِن كُنتُمْ صَادِقِينَ (31)قَالُواْ سُبْحَانَكَ لاَ عِلْمَ لَنَا إِلاَّ مَا عَلَّمْتَنَا إِنَّكَ أَنتَ الْعَلِيمُ الْحَكِيمُ (32) قَالَ يَا آدَمُ أَنبِئْهُم بِأَسْمَآئِهِمْ فَلَمَّا أَنبَأَهُمْ بِأَسْمَآئِهِمْ قَالَ أَلَمْ أَقُل لَّكُمْ إِنِّي أَعْلَمُ غَيْبَ السَّمَاوَاتِ وَالأَرْضِ وَأَعْلَمُ مَا تُبْدُونَ وَمَا كُنتُمْ تَكْتُمُونَ (33)

([Allah Adəmi yaratdıqdan sonra] Adəmə bütün şeylərin adlarını (ismlərini) öyrətdi. Sonra onları [həmin şeyləri] mələklərə göstərərək: «İddianız doğrudursa, bunların adlarını mənə bildirin!» – dedi. Onlar: «Sən pak və müqəddəssən! [Bütün eyb və nöqsanlardan kənarsan!] Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. Hər şeyi bilən Sən, hikmət sahibi Sənsən» - dedilər. [Sonra] O: «Ey Adəm, bunların [kainatda mövcud olan əşyanın] adlarını onlara bildir!» -dedi. Adəm mələklərə bunların adlarını xəbər verdikdə, Allah: «Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin zahirə çıxardığınız, yaxud gizli saxladığınız işləri bilirəm, söyləmədimmi?» - buyurdu.) (Bəqərə-31-33).

3. O, Allahtanıma fitrətinə malikdir; İnsanın batinində Allahı dərk edən bir qüvvə [vicdan] vardır. Bütün inkar və tərəddüdlər, batini [mə’nəvi] çatışmamazlıqlar insanın təbiətindən qaynaqlanır.

وَإِذْ أَخَذَ رَبُّكَ مِن بَنِي آدَمَ مِن ظُهُورِهِمْ ذُرِّيَّتَهُمْ وَأَشْهَدَهُمْ عَلَى أَنفُسِهِمْ أَلَسْتَ بِرَبِّكُمْ قَالُواْ بَلَى شَهِدْنَا أَن تَقُولُواْ يَوْمَ الْقِيَامَةِ إِنَّا كُنَّا عَنْ هَذَا غَافِلِينَ (172)

([Ey Peyğəmbərim!] Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən [gələcək] nəsillərini çıxardıb onları özlərinə [bir-birinə] şahid tutaraq: «Mən sizin Rəbbiniz deyiləmmi?» - soruşmuş, onlar da: «Bəli, Rəbbimizsən!» - deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) qiyamət günü: «Biz bundan qafil idik».) (Ə’raf-172).

فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ الْقَيِّمِ مِن قَبْلِ أَن يَأْتِيَ يَوْمٌ لَّا مَرَدَّ لَهُ مِنَ اللَّهِ يَوْمَئِذٍ يَصَّدَّعُونَ (43)

([Ya Rəsulum!] Allah tərəfindən qarşısıalınmaz gün [qiyamət günü] gəlməmişdən əvvəl üzünü düzgün dinə [islama doğru] çevir. O gün insanlar [haqq-hesab çəkildikdən sonra] bölük-bölük [iki dəstə] olarlar. [Mö’minlər Cənnətə, günahkarlar isə Cəhənnəmə gedərlər]). (Rum-43).

4. İnsan təbiətində mövcud olan maddi ünsürlərdən başqa, ayrı bir ilahi ünsür də vardır. İnsan, təbiət və metafizikadan, maddə və mə’nadan, cism və candan ibarət olan bir varlıqdır.

الَّذِي أَحْسَنَ كُلَّ شَيْءٍ خَلَقَهُ وَبَدَأَ خَلْقَ الْإِنسَانِ مِن طِينٍ (7) ثُمَّ جَعَلَ نَسْلَهُ مِن سُلَالَةٍ مِّن مَّاء مَّهِينٍ (8) ثُمَّ سَوَّاهُ وَنَفَخَ فِيهِ مِن رُّوحِهِ وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ قَلِيلًا مَّا تَشْكُرُونَ (9)

(O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı [Adəmi] yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən – bir qətrə zəif dəyərsiz sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan [özünün yaratdığı ruhdan] üfürdü [həyat verdi]. O, sizə göz, qulaq və ürək verdi. Siz [bu ne’mətlərə] az şükr edirsiniz!) (Əlif, lam, mim – səcdə-7-9).

5. İnsanın yaradılışı təsadüfi bir iş deyil, əvvəlcədən düşünülmüş və müəyyənləşdirilmiş bir işdir. İnsan seçilib-sayılmış bir məxluqdur.

ثُمَّ اجْتَبَاهُ رَبُّهُ فَتَابَ عَلَيْهِ وَهَدَى (122)

(«Sonra Rəbbi [tövbə etdirməklə] onu seçdi. [Özünə yaxınlaşdırdı], tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi.) (Taha-122).

6. Allahın yer üzündəki əmanətdarı olan insan azad və müstəqil şəxsiyyətə malikdir. Onun öhdəsinə ağır məs’uliyyətlər düşür. İnsan yer üzünü abadlaşdırmalı və özü öz ixtiyarı ilə ya səadət, ya da zillət yolunu seçməlidir.

إِنَّا عَرَضْنَا الْأَمَانَةَ عَلَى السَّمَاوَاتِ وَالْأَرْضِ وَالْجِبَالِ فَأَبَيْنَ أَن يَحْمِلْنَهَا وَأَشْفَقْنَ مِنْهَا وَحَمَلَهَا الْإِنسَانُ إِنَّهُ كَانَ ظَلُومًا جَهُولًا (72)

(Biz əmanəti [Allaha itaət və ibadəti, şər’i hökmləri yerinə yetirməyi] göylərə, yerə və dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər. Çox zalim və çox cahil olan insan isə onu götürdü. [İnsan bu ağır əmanəti götürməklə özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi]). (Əhzab-72).

إِنَّا خَلَقْنَا الْإِنسَانَ مِن نُّطْفَةٍ أَمْشَاجٍ نَّبْتَلِيهِ فَجَعَلْنَاهُ سَمِيعًا بَصِيرًا (2) إِنَّا هَدَيْنَاهُ السَّبِيلَ إِمَّا شَاكِرًا وَإِمَّا كَفُورًا (3)

Həqiqətən, Biz insanı [sonrakı mərhələdə ata-anasının toxumundan ibarət] qarışıq bir nütfədən yaratdıq. Biz onu [dünyada özünü necə aparacağı, hər şeyin xaliqi olan Allaha itaət edib-etməyəcəyi ilə] imtahana çəkəcəyik. Biz onu eşidən və görən yaratdıq. Biz ona haqq yolu göstərdik. İstər [ne’mətlərimizə] minnətdar olsun, istər nankor [bu onun öz işidir]). (Dəhr-2-3).

7. İnsan zati kəramət (hörmət) və şərəfə malikdir. Allah-taala onu digər məxluqatdan üstün tutmuşdur. O, yalnız o zaman özünün həqiqi varlığını dərk edər ki, bu zati xüsusiyyətləri başa düşsün, rəzilət, nadanlıq, əsarət (başqalarından asılılığı) və nadanlığı özündən uzaqlaşdırmış olsun.

وَلَقَدْ كَرَّمْنَا بَنِي آدَمَ وَحَمَلْنَاهُمْ فِي الْبَرِّ وَالْبَحْرِ وَرَزَقْنَاهُم مِّنَ الطَّيِّبَاتِ وَفَضَّلْنَاهُمْ عَلَى كَثِيرٍ مِّمَّنْ خَلَقْنَا تَفْضِيلاً (70)

(Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda [gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə] mindirib sahib etdik, özlərinə [cürbəcür ne’mətlərdən] təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik. [İnsan şüur, nitq qabiliyyəti, gözəl surət, boyun-buxun, əllə yemək və s. bu kimi məziyyətlərinə görə həmişə Allaha şükr edib yalnız Ona tapınmalı, Rəbbinə heç bir şərik qoşmamalıdır!) (İsra-70).

8. O, vicdani və batini əxlaqa malikdir. Fitri ilham ilə gözəllik və çirkinliyi dərk edir.

أَيَحْسَبُ أَن لَّمْ يَرَهُ أَحَدٌ (7)أَلَمْ نَجْعَل لَّهُ عَيْنَيْنِ (8)وَلِسَانًا وَشَفَتَيْنِ (9)

And olsun nəfsi [insanı və ya insan nəfsini] yaradana, sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini [xeyir və şəri] öyrədənə ki, nəfsini [günahlardan] təmizləyən mütləq nicat tapacaqdır. (Şəms-7-9).

9. O, yalnız Allahı yad etməklə rahatlıq tapır. Onun istəkləri sonsuz və əbədidir. Allahın müqəddəs Zatından başqa ələ gətirdiyi hər şeydən doyur və uzaqlaşmaq istəyir. İstədiyi yeganə şey varsa, o da Allahın müqəddəs Zatına qovuşmaqdır.

الَّذِينَ آمَنُواْ وَتَطْمَئِنُّ قُلُوبُهُم بِذِكْرِ اللّهِ أَلاَ بِذِكْرِ اللّهِ تَطْمَئِنُّ الْقُلُوبُ (28)

(O kəslər ki, Allahı zikr etməklə ürəkləri rahat olduğu halda iman gətirmişlər. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapar!) (Rə’d-28).

يَا أَيُّهَا الْإِنسَانُ إِنَّكَ كَادِحٌ إِلَى رَبِّكَ كَدْحًا فَمُلَاقِيهِ (6)

(Ey İnsan! Sən [ölənə qədər] Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan!) (İnşiqaq-6).

10. Yer üzündə mövcud olan bütün ne’mətlər insan üçün yaradılmışdır.

هُوَ الَّذِي خَلَقَ لَكُم مَّا فِي الأَرْضِ جَمِيعاً ثُمَّ اسْتَوَى إِلَى السَّمَاء فَسَوَّاهُنَّ سَبْعَ سَمَاوَاتٍ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ (29)

(Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur [Allahdır!] O, hər şeyi biləndir). (Bəqərə-29).

وَسَخَّرَ لَكُم مَّا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ جَمِيعًا مِّنْهُ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لَّقَوْمٍ يَتَفَكَّرُونَ (13)

(Göylərdə və yerdə nə varsa, hamısını öz tərəfindən sizin ixtiyarınıza qoyan da Odur. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!) (Casiyə-13).

11. İnsan yalnız Allaha ibadət etmək və Onun əmrinə itaət etmək üçün yaradılmışdır.

وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونِ (56)

(Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım.) (Zariyat-56).

12. İnsan özünü yalnız Allahına itaət etməklə dərk edir. Əgər o, Allahını unudarsa, özünü unutmuş olar, artıq özünün kim olduğunu, nə üçün yarandığını, nə edəcəyini və haraya doğru gedəcəyini bilməz.

وَلَا تَكُونُوا كَالَّذِينَ نَسُوا اللَّهَ فَأَنسَاهُمْ أَنفُسَهُمْ أُوْلَئِكَ هُمُ الْفَاسِقُونَ (19)

(Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu [xeyirlərini başa düşməyən] kimsələrə bənzəməyin.) (Həşr-19).

13. Dünyasını dəyişdiyi andan gözləri önündən «can» və «mən» pərdəsi götürülər və dünyada onun üçün gizli olan həqiqətlər aşkar olar.

لَقَدْ كُنتَ فِي غَفْلَةٍ مِّنْ هَذَا فَكَشَفْنَا عَنكَ غِطَاءكَ فَبَصَرُكَ الْيَوْمَ حَدِيدٌ (22)

(Ona belə deyiləcəkdir:] «Sən [dünyada] bundan [bu müdhiş günə uğrayacağından] qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən artıq sərrast görürsən!»). (Qaf-22).

14. O, yalnız maddi maraq üçün fəaliyyət göstərməyir və onu hərəkətə gətirən qüvvə yalnız maddi istəklər deyildir. İnsan bə’zən ali hədəflər uğrunda da çalışır. Bə’zən bütün fəaliyyət və sə’ylərini yalnız Allahın razılığını əldə etmək üçün həyata keçirir.

يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ (27)ارْجِعِي إِلَى رَبِّكِ رَاضِيَةً مَّرْضِيَّةً (28)

[Qiyamət günü Allah-taala mö’min kimsəyə belə buyuracaqdır:] [Ey öz imanından, əməlindən və Allahın və’dindən] xatircəm olan kəs! [Və ya ey arxayın nəfs!] Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq!) (Fəcr-27-28).

وَعَدَ اللّهُ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَمَسَاكِنَ طَيِّبَةً فِي جَنَّاتِ عَدْنٍ وَرِضْوَانٌ مِّنَ اللّهِ أَكْبَرُ ذَلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ (72)

(Allah mö’min kişilərə və qadınlara [ağacları] altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər və’d buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə [bunların hamısından] daha böyükdür. Bu ən böyük qurtuluş və uğurdur.) (Tövbə-72).

Dediklərimizdən belə mə’lum olur ki, Qur’an nöqteyi-nəzərindən insan Allah-taalanın yer üzərində tə’yin etdiyi xəlifə – yarı maddi və yarı ilahi olan bir varlıqdır. Allahtanıma fitrətinə malik olan azad, müstəqil, əmanətdar, özünə və ətraf mühitə qarşı məs’uliyyət hiss edən və nəhayət təbiətə hakim olan məxluqdur. Onun yaradılışı zəif bir mərhələdən başlayır və getdikcə kamala doğru yüksəlir, amma yalnız Allahı yad etməklə rahatlıq tapır. İnsanın elm və əməl çərçivəsi məhdud deyildir. Zati hörmət və şərəfə sahib olan insan bə’zən maddiyyata meyl etmədən məqsədinə nail olur. Ona ilahi ne’mətlərdən qanuni olaraq səmərəli istifadə etmə ixtiyarı verilmişdir, amma bütün bunlarla yanaşı onun Allah qarşısında müəyyən vəzifə və məs’uliyyətləri də vardır.