Bismillahir rəhmanir rəhim

Eşit sözlərimi ey aqil insan
Bizə nəsihətdir müqəddəs Qur`an
O, Allah hökmünə çağırır bizi
Onun tərkibidir səadət rəmzi
 
Hər kəs dinləyərsə bu nəsihəti
O tapar dinində pak həqiqəti
Ona nazil olan müqəddəs Qur`an
Allahın sözüdür deyirəm inan
 
Ey qadir Allahın həqqini pozan
Həqqi inkar edib sər-səri gəzən
Bəs niyə sən həqqi inkar edirsən
Bilirsən bu sözlə hara gedirsən?
 
Əgər həqqdən çıxıb gedsən kənarə
Layiq olacaqsan yəqin ki, narə
Gəl Allah işinə əl atma utan
Etdiyin günahdan uzaq ol usan
 
Bir bax vücuduva bir bax nəfsüvə
Gör necə yaradıb Yaradan səni
Gəlginən əlvida söylə şeytanə
Yıxıl həqq yoluna yalvar Qur`anə
 
Qoy sənə süd verib bəsləyən ana
Südüm halal olsun söyləsin sənə
Çox da dost tutma sən fani dünyanı
Şəddadlar, fironlar de görüm hanı
 
Şəddad da elyədi çoxlu qalma-qal
Onu da məhv etdi Allah Zulcəlal


Əsəlamu əleykum və rəhmətullahi və bərakatüh