ELM VƏ BİLİK

İnsan elmə, yalnız onu təbiətə hakim olmaq və ondan bəhrələnmək üçün yiyələnməyir. O, öz batinində daim həqiqəti sevir və onu ələ gətirmək istəyir. Elm və bilik insana xüsusi zövq və ləzzət bəxş edir. Keçmiş haqda əldə olunan mə’lumatlar, onun maddi və mə’nəvi həyatının yaxşılaşmasına böyük tə’sir göstərir. Bə’zən insan ona fayda verməyəcək şeyləri də tədqiq edib öyrənməyə çalışır. İnsanın təbiəti onu cəhalət və nadanlıqdan uzaqlaşdırıb elm və biliyə doğru sövq edir. Bu səbəbdən də elm və bilik insana xas olan xüsusiyyətlərdəndir.