') //-->
1. Müqəttə`ə hərflərini qiraət edən zaman həmzə ilə qurtaran hərflərin adları .....
a) Mədd verilir və bir neçə hərəkə miqdarında uzadılır.
b) Həmzələri oxunmur.
v) Hər bir hərf öz adı ilə oxunur.
s) a və v bəndləri düzgündür.
2. Müqəttə`ə hərfləri Qur`ani-kərimin 114 surəsindən 29-nun əvvəlində gəlir və ..... oxunur.
a) hər bir hərf öz adı ilə
b) həmzəsiz
v) bir qədər mədd və uzatmaqla
s) Hər üç bənd düzgündür.
3. ......... ilk şəxsdir ki, Qur`anı müsəlmanların düzgün qiraət etməsi üçün əlamətləndirmişdir.
a) Xəlil ibni Әhməd Fərahidi
b) Әbul Әsvəd Duəli
v) Nəsir ibni Asim
s) Zeyd ibn Sabit
4. Әlamətlər rəmzlərdir ki, ......... Qur`anda işlədilmişdir.
a) Qur`an xətti ərəb qrafikası ilə olduğuna görə
b) gözəllikdən ötrü
v) qiraətin düzgünlüyü üçün
s) Hər üç bənd düzgündür.
5. Bu əlamətə ona görə fəthə deyilir ki, ..........
a) məftuh hərfi tələffüz edən vaxt dodaqlar bir dəfə açılır.
b) onun şəkli «ا» “əlif” hərfindən götürülmüşdür.
v) məftuh hərfin üzərində yerləşir.
s) Hər üç bənd düzgündür.
6. Qısa səslər o səslərə deyilir ki, .......
a) adi surətdə və uzadılmamış halda oxunurlar.
b) onların uzadılması ilə “mədd hərfləri” əmələ gəlir.
v) tənhalıqda kəlmənin bir hecasını təşkil edirlər.
s) Hər üç bənd düzgündür.
7. «Bir dəfə qönçələnmək, bir dəfə açılmaq, bir dəfə sınmaq» tə`rifləri tərtib ilə aşağıdakı əlamətlərdən hansına aid olur?
a) Fəthə, kəsrə, zəmmə b) Fəthə, zəmmə, kəsrə
v) Zəmmə, fəthə, kəsrə s) Kəsrə, fəthə, zəmmə.
8. Bu əlamətin kəsrə adlanmasının səbəbi budur ki, ..........
a) məksur hərfi tələffüz edən vaxt dodaqlar bir növ sınıq halət alır.
b) kəsrənin sədası “yə” hərfinə meyillidir.
v) Hər iki bənd düzgündür.
9. «Mədd hərfləri» o hərfə deyilir ki, ……..
a) mədd əlaməti ilə müəyyənləşdirilmiş olsun.
b) ondan sonra “səbəb məddi” gəlsin.
v) özündən əvvəlki hərfin hərəkəsinin uzadılmasına səbəb olsun.
s) Hər üç bənd düzgündür.
10. «فَمَا أُوتِيتُمْ مِنْ شَىْءٍ فَمَتَاعُ لْحَيَو ةُ لدُّنْيَا» cümləsində neçə mədd hərfi işlədilmişdir?
a) 6. b) 8.
v) 9. s) 7.
11. Aşağıdakı kəlmələrdən hansında “ya məddi” işlədilmişdir?
a) خَيْرْ b) عَظِيمْ v)
s) a və b bəndləri düzgündür.
12. Aşağıdakı ifadələrdən hansı biri vəv məddi barəsində düzgündür?
a) Vəv sakin və ondan əvvəlki hərf məftuh olduqda;
b) Vəv sakin və ondan əvvəlki hərf məzmum olduqda;
v) Vəv məzmum və ondan əvvəlki hərf də məzmum. olduqda;
s) Vəv məzmum və ondan əvvəlki hərf məftuh olduqda.
13. Aşağıdakı kəlmələrin hansı birində “əlif məddi” qalın surətdə tələffüz olunur?
a) صَلَوَاتُ، أَصَابَ، مَعَايِشَ
b) مُنَافِقَاتُ، يُطَافُ، حَالَ
v) حُجُرَاتِ، خَالِكَ، غَالِبَ
s) عَاهَدَ، قَاتَلَ، رَوَاسِىَ
14. «Sakin hərf» o hərfə deyilir ki, ..........
a) heç bir hərəkəsi olmasın.
b) sükun əlamətinə malik olsun.
v) özündən əvvəlki hərflə bir hecada oxunsun.
s) Hər üç bənd düzgündür.
15. Bu əlamətə ......... və ona malik olan hərfə ........... deyilir.
a) sükun, sükun; b) sakin, sükun;
v) sükun, sakin; s) sakin, sakin.
16. Təkrarlanan hər hansı bir hərfin birincisi sakin və ikincisi hərəkəli olduqda ..... üçün birinci hərfi ikincidə idğam edirlər.
a) tələffüzü asanlaşdırmaq;
b) yazını gözəlləşdirmək;
v) ixtisar;
s) Hər üç bənd düzgündür.
17. «لَنَصَّدَّقَنَّ» ifadəsi neçə hecadan ibarətdir.
a) 6 heca; b) 5 heca; v) 7 heca; s) 8 heca.
18. Bu əlamətə malik olan hərf ............ oxunur.
a) bir dəfə və şiddətlə;
b) bir dəfə və möhkəm;
v) iki dəfə və şiddətlə;
s) a və b bəndləri düzgündür.
19. Bu «~» əlamət mədd hərfinin üzərində yerləşdirilir ki, ............... göstəricisi olsun.
a) mədd hərflərinin daha çox uzadılmasının;
b) uzadılmış sədaların;
v) mədd hərflərinin oxunan olmasının;
s) Hər üç bənd düzgündür.
20. «Tənvin» sakinli əlavə “nun” hərfidir ki, .......... üçün yazılmır, amma oxunur.
a) kəlmənin əsil nun hərfi ilə dəyişik düşməməsi;
b) tələffüzü asanlaşdırmaq;
v) gözəllik və az yer tutmaq;
s) Hər üç bənd düzgündür.
21. « وَتَّقُوا للهَ» ibarətində neçə “oxunmayan hərf” işlədilmişdir?
a) 3 hərf b) 5 hərf v) 4 hərf s) 6 hərf
22. ”Cəm əlaməti olan əlif” o hərfə deyilir ki, ..........
a) kəlmənin axırında olan “vəv” hərfindən sonra gəlsin.
b) iki kəlməni bir yerdə cəm etsin.
v) bə`zi vaxtlar oxunmasın.
s) Hər üç bənd düzgündür.
23. Aşağıdakı kəlmələrdən hansında iki ədəd “oxunmayan hərf” işlədilmişdir.
a) أُو b) قَالُوا تَّخَذَ
v) يَصْلَى لنَّارَ s) Heç biri
24. «لَفِى لصُّحُفِ » ifadəsində ”oxunmayan hərflər” tərtib ilə soldan-sağa doğru aşağıdakı kimidir.
a) ى - ا - ل - ا
b) ى - ا - ل - ا - ى
v) ى- و - ا - ل - ا
s) ى - ا - ا - ل - ا - ى
25. Müəyyənlik bildirən «ال» “əlif-lam”dan sonra şəmsi hərflərdən biri gəldikdə ........
a) «ل» həmin hərfə çevrilir və onda idğam olunur;
b) «ل» oxunmur və həmin hərf malik olduğu əlamətlə oxunur;
v) «ل» təşdidli oxunur;
s) a və v bəndləri düzgündür.
26. Aşağıdakı kəlmələrdən hansında cəmi 6 ədəd oxunmayan hərf işlədilmişdir?
a) تَكْتُمُوا لْحَقَّ، اَلَّذِى ؤْتُمِنَ
b) ذَوِى ، اِتَّقُوا للهَ
v) أُوتُوا لْكِتَابَ، لَذَا ئِقُوا لْعَذَابِ
s) b və v bəndləri düzgündür.
27. Mədd hərflərindən sonra vəsl həmzəsi gəldikdə mədd hərfləri ......
a) vəsl həmzəsindən sonra olan sakin hərflə bir hecada oxunur;
b) vəsl həmzəsi ilə bir hecada oxunur;
v) qısa səsli hərəkə ilə oxunur;
s) Oxunmur.
28. Aşağıdakı kəlmələrin hansında “vəv” hərfi oxunmayan hərflərdəndir?
a) صَلَوَاتُ b)
v) زَكَو ةُ s) Hər üç bənd.
29. «» ayəsində neçə oxunmayan hərf işlədilmişdir?
a) 5 hərf b) 7 hərf
v) 6 hərf s) 8 hərf
30. ”Vəsl həmzəsi” müəyyənlik bildirən «ال» “əlif-lam”ında həmişə ..... və ismlərdə isə həmişə ..... olur.
a) məksur, məftuh; b) məftuh, məksur;
v) məftuh, məftuh; s) məftuh, məzmum.
31. ”Vəsl həmzəsi” o əlifə deyilir ki, .....
a) həmişə sakin olsun və özündən əvvəlki hərəkəli hərfin köməyi ilə oxunsun;
b) kəlamın əvvəlində oxunsun lakin, kəlamın ortasında oxunmasın;
v) iki kəlməni bir-birinə birləşdirmək üçün işlədilsin;
s) Hər üç bənd düzgündür.
32. «رَبَّنَا كْشِفْ، فِى رْضِ، ذُولْعَرْشِ» ibarətində mədd hərflərinin oxunmamasının səbəbi ...... üçündür.
a) «والى» hərfləri mədd hərfləri olduğu;
b) “iltiqayi sakineyn”in aradan aparılması;
v) qısa səslərin uzun səslərə çevrilməsi;
s) Hər üç bənd düzgündür.
33. «وَأَقِيمُوا الصَّلَو ةَ وَءَاتُوا لزَّكَو ةَ» ifadəsi neçə hecadan ibarətdir?
a) 31 heca b) 15 heca
v) 21 heca s) 16 heca
34. “Ha zəmiri” sakin hərfdən sonra gəldikdə .......
a) özündən əvvəlki sakin hərflə birlikdə bir hecada oxunur.
b) işba olunur.
v) işba olunmur.
s) sakin olur.
35. Aşağıdakı bəndlərin hansında “ha zəmiri”nin hamısı işba olunur.
a) مَعَهُ، خُذُوهُ، لِقَوْمِهِ b) عِبَادِهِ، عَنْهُ، رَسُولَهُ
v) فِى بَطْنِهِ، رَبَّهُ، s) فِيهَا اسْمُهُ، حَقَّهُ، حَوْلَهُ
36. Aşağıdakı kəlmələrin hansında “ha zəmiri” işba olunur?
a) لَهُ الْحَمْدُ b) يُغْنِيهِ v) إِلَيْهِ s) Heç biri.
37. Tənvindən sonra ..…… gəldikdə «iltiqaye sakineyn» əmələ gəlir.
a) «ال» “əlif-lam” b) sakin hərf
v) “vəsl həmzəsi” s) Hər üç bənd düzgündür.
38. Vəqf yə`ni:
a) Nəfəsi təzələmək və qiraəti davam etdirmək məqsədi ilə nitqin dayandırılmasıdır;
b) Üzərində vəqf olunacaq axırıncı hərfin sakin edilməsidir;
v) Kəlmənin axırıncı hərfini sakin etməkdir;
s) Hər üç bənd düzgündür.
39. «» kəlmələrinin axırında vəqf etmək qaydası aşağıdakı kimidir.
a) İskan vəqfi, iskan vəqfi, iskan vəqfi, iskan vəqfi;
b) İbdal vəqfi, ibdal vəqfi, ibdal vəqfi, dəyişilməyən vəqf;
v) İskan vəqfi, ibdal vəqfi, iskan vəqfi, iskan vəqfi;
s) İskan vəqfi, ibdal vəqfi, ibdal vəqfi, iskan vəqfi.
40. Tənvin fəthə ilə qurtaran kəlmələrin axırında vəqf etmək qaydası aşağıdakı kimidir:
a) Tənvin silinir və axırıncı hərf sakin olur;
b) Tənvin silinir və “əlif məddi”nə çevrilir;
v) Hərfin axırında heç bir dəyişiklik əmələ gəlmir;
s) Tənvin silinir və axırıncı hərf məftuh olur.