On yeddinci dərs

Vəqf

Hər bir insan şifahi nitqdə və ya yazılı bir mətni oxuduqda nəfəsini təzələmək üçün öz sözünü kəsir, yenidən söhbət və ya oxumağını davam etdirməyə məcbur olur.

Nəfəsin təzələnməsi və qiraətin davam etdirilməsi məqsədi ilə nitqin dayandırılmasına «وقف » “vəqf” deyilir.

Vəqf barəsində iki məsələ araşdırılır:

a) «Vəqf etmək üçün münasib yerin seçilməsi»; Bu barədə gələn bəhslərdə danışılacaq.

b) «Kəlmələrin axırında vəqf etmək qaydası». Bu dərsdə məhz bu barədə söhbət açacağıq.

Kəlmələrin axırında vəqf etmək qaydası

1. Dəyişilməyən vəqf: Kəlmənin axırında sakin və ya mədd hərflərindən biri olarsa, vəqf zamanı onda heç bir dəyişiklik aparılmır və olduğu kimi saxlanılır.

Məsələn:

قُمْ فَأَنْذِرْ – فَانْطَلَقَا – وَدْخُلِى جَنَّتِى – وَتُسْرِفُوا

2. İskan vəqfi: İskan, yə`ni sakin etmək. Kəlmənin axırıncı hərfi hərəkəli , tənvin kəsrə və ya tənvin zəmmə  olarsa, vəqf zamanı sakin edilir.

Məsələn:

هُدًى لِّلْمُتَّقِينَ  yazılır,  vəqf edilən zaman  هُدًى لِّلْمُتَّقِينْ   oxunur.

عَاقِبَةُ  مُورِ  yazılır,  vəqf edilən zaman  عَاقِبَةُ مُورْ  oxunur.

إِيَّاكَ نَسْتَعِينُ  yazılır,  vəqf edilən zaman  إِيَّاكَ نَسْتَعِينْ  oxunur.

حَظٍّ عَظِيمٍ  yazılır,  vəqf edilən zaman  حَظٍّ عَظِيمْ  oxunur.

وَحُورٌعِينٌ  yazılır,  vəqf edilən zaman  وَحُورٌ عِينْ  oxunur.

Mətləblər:

1-Kəlmənin axırıncı hərfi təşdidli olduqda, vəqf edilən zaman hərəkəsi atılmalı və sakin olunmalıdır. Qeyd etmək lazımdır ki, həmin hərfin təşdidi saxlanılmaqla yanaşı, şiddətlə də tələffüz edilməlidir.

Məsələn:

حَمْلَهُنَّ  yazılır, vəqf zamanı isə   حَمْلَهُنّْ  oxunur.

يَوْمَئِذٍ لْمُسْتَقَرُّ  yazılır,  vəqf zamanı isə يَوْمَئِذٍلْمُسْتَقَرّْ  oxunur.

2-Kəlmənin axırıncı hərfi fəthəli واو”, ondan əvvəlki hərf isə zəmməli «ـُوَ» olarsa, vəqf edilən zaman bu “واو” hərfi sakin olar. Nəticədə həmin hərf «vəv məddi» surətində oxunar. «Mədd hərfləri» dərsində öyrəndiyimiz kimi, özündən əvvəl zəmməli hərf olan sakin “واو” hərfi «vəv məddi» hesab olunur.

Məsələn:

هُوَ  yazılır, vəqf zamanı isə  هُو  oxunur.

Kəlmənin axırıncı hərfi fəthəli “ياء”, ondan əvvəlki hərf isə kəsrəli «ـِىَ» olduqda, vəqf edilən zaman həmin hərf sakin olur və “yə məddi” surətində oxunur. «Mədd hərfləri» dərsində öyrəndiyimiz kimi, sakin “ياء”–dən əvvəl kəsrəli hərf gəldikdə «yə məddi» hesab olunur.

Məsələn:

هِىَ  yazılır, vəqf zamanı isə  هِى  oxunur.

Qeyd: Bə`zi kəlmələrin axırında özündən qabaqkı hərf zəmməli olan təşdidli «واو», eləcə də axırında özündən qabaqkı hərf kəsrəli olan təşdidli «ياء» hərfi ilə rastlaşırıq (عَدُوٍّ،  نَبِىٍّ). Diqqət yetirmək lazımdır ki, vəqf zamanı bu hərflərin təşdidinin oxunması (عَدُوّْ،  نَبِىّْ) vacibdir.

عَدُوٍّ،  نَبِىٍّ  yazılır,   عَدُوّْ،  نَبِىّْ  oxunur.

عَدُوٍّ،  نَبِىٍّ  yazılır,   عَدُوْ،  نَبِىْ  oxunmur.

3. İbdal vəqfi: İbdal sözü lüğətdə çevirmək mə`nasını daşıyır. Burada isə kəlmənin axırında gələn bir hərf və ya işarənin digər bir hərf və ya əlamətə çevrilməsinə deyilir.

İbdal vəqfi aşağıda göstərilən iki şəkildə olur:

a) Kəlmənin axırıncı hərfi “girdə ta” «ة ـة» olarsa, vəqf zamanı sakin “ha” «هْ ـهْ» hərfinə çevrilər.

Məsələn:

  yazılır, vəqf zamanı isə    oxunur.

فِى لْحَافِرَةِ  yazılır,  vəqf zamanı isə  فِى لْحَافِرَهْ oxunur.

وَقَعَتِ لْوَاقِعَةُ  yazılır,  vəqf zamanı isə  وَقَعَتِ لْوَاقِعَهْ oxunur.

دَكَّةً وَاحِدَةً  yazılır,  vəqf zamanı isə  دَكََّةً وَاحِدَهْ oxunur.

نَخْلٍ خَاوِيَةٍ  yazılır,  vəqf zamanı isə  نَخْلٍ خَاوِيَهْ oxunur.

عَلَيْهِم مُّؤْصَدَةٌ  yazılır,  vəqf zamanı isə  عَلَيْهِم مُّؤْصَدَهْ oxunur.

b) Kəlmənin axırıncı hərfi tənvin fəthəli  olarsa, vəqf zamanı tənvin atılır və bu hərf mədd hərfinə çevrilir.

Məsələn:

أَعْنَابًا yazılır, vəqf zamanı isə  أَعْنَابَا oxunur.

هُدًى yazılır, vəqf zamanı isə   oxunur.

عِشَآءً yazılır, vəqf zamanı isə   oxunur.

Hərəkə ilə vəqf sükunla vəsl

Vəqf iki şərtlə düzgün hesab olunur:

1. Nitqin dayandırılması nəfəsi təzələmək və qiraəti davam etdirmək məqsədi ilə olmalıdır;

2. Üzərində vəqf olunacaq axırıncı hərf sakin edilməlidir.[1]

Nitqin dayandırılması nəfəsin təzələnməsi məqsədilə olarsa, və həmçinin kəlmənin axırıncı hərfi sakin edilməzsə, «hərəkəli vəqf» sayılar və bu da düzgün deyildir.

Kəlmənin axırıncı hərfi sakin edilərsə, amma nitqin dayandırılmasına riayət edilməzsə, «sükunla vəsl» sayılar ki, bu da düzgün deyildir.

Namazın qiraətində bu iki mətləbə əməl etmək vacibdir. Әməliyyə risalələrində bu haqda danışılmışdır.

Әməliyyə risaləsinin 1004-cü məsələsində buyurulur: Ehtiyat müstəhəbbi odur ki, namazda «hərəkəli vəqf» və «sükunla vəsl»ə yol verilməsin.

Sual və tapşırıqlar:

1. Vəqfin tə`rifini deyin və kəlmənin axırında vəqf etməyin qaydasını izah edin?

2. «Hərəkəli vəqf» və «sükunla vəsl» nə deməkdir?

3. «عبس» və «غاشيه» surələrini oxuyun və ayələrin axırının vəqfini və onun qaydalarını aydınlaşdırın.

4. «زلزلة» surəsini «Osman-Taha» xətti ilə yazılmış Qur`anın üzündən əvvəldən axıradək dəftərinizə köçürün.

 


[1] -“Sakin etmək” dedikdə müəllifin nəzəri — Kəlmələrin axırında vəqf etmək qaydasına riayət etməkdir. (tərc.)