') //-->
Keçən dərslərdə öyrəndik ki, tənvin yazıda göstərilməyən lakin, tələffüzdə gətirilən sakin “nun” hərfidir.
Tənvinli kəlmədən sonra əvvəli sakin və ya təşdidli hərflə başlayan digər bir kəlmə gələrsə, iki sakin hərf tələffüzdə bir-birinin yanında qərar tutacaq ki, buna “iltiqayi sakineyn” deyilir. “İltiqayi sakineyn”i aradan qaldırmaq üçün tənvinin “nun” hərfini tələffüzdə kəsrə ilə oxuyurlar.[1]
Məsələn:
oxunar. لَهْوَنِ نْفَضُّوا yazılır, لَهْوًا نْفَضُّوا
oxunur. بِرَحْمَةِنِ دْخُلُوا yazılır, بِرِحْمَةٍ دْخُلُوا
oxunur. فِسْقُنِ لْيَوْمَ yazılır, فِسْقٌ لْيَوْمَ
Qeyd: Bə`zi Qur`anlarda belə kəlmənin altında kiçik bir kəsrəli “nun” hərfi yazırlar:
Məsələn:
لَهْوَانِ نْفَضُّوا – بِرَحْمَةِنِ – دْخُلُو – فِسْقُنِ لْيَوْمَ
Tapşırıq: Aşağıdakı kəlmələri “iltiqayi sakineynin aradan qaldırılması” qaydasına diqqət yetirməklə oxuyun.
«بِئْسَ اسْمُ» ifadəsində olan «سْم» kəlməsinin “vəsl həmzəsi”ni atdıqdan sonra iki sakin hərf «لْ، سْ» bir-birinin kənarında qərar tutur. Tələffüzü asanlaşdırmaq üçün «لام» hərfinə kəsrə verilir və nəticədə həmin ifadə «بِئْسَ لِسْمُ» şəklində oxunur.
Allah-taalanın köməkliyi ilə bura qədər «Qur`ani-kərimin rəvan oxunuş qaydaları» ilə tanış olduq. Әlamət və qaydaların yaddaşımızda düzgün həkk olunması, Qur`ani-kərimin hər bir surəsinin rəvan və səhvsiz oxunuşunu bacarmağımız üçün hər gün bu müqəddəs kitabımızın neçə səhifəsini diqqətlə hecalayıb oxumalıyıq.
Sual və tapşırıqlar:
1. “İltiqayi sakineyn” nə vaxt yaranır və onu aradan qaldırmaq üçün nə etmək lazımdır?
2. «تكوير» və «نازعات» surələrini öyrəndiyimiz qayda və izahlar əsasında oxuyun, üçüncü şəxsin təkinə aid olan əvəzliyin «هاء» hərfinin işba olunan və olunmayan yerlərini və “oxunmayan hərflər”i aydınlaşdırın.
3. «عاديات» surəsini «Osman-Taha» xətti ilə yazılmış Qur`anın üzündən əvvəldən axıradək dəftərinizə köçürün.