On beşinci dərs

Yazılmadan oxunması vacib olan hərflər

Qur`anda üç hərfə — «ا - و- ى»—rast gəlirik ki, onlar bə`zi kəlmələrdə yazılmadan oxunmalıdırlar. Bu hərflərin işlənmə yerlərini iki hissəyə bölmək olar:

1. Kəlmənin əsas və kök hissəsində yazılmadan oxunanlar;

2. Kəlmənin qeyri-əsas və şəkilçi hissəsində yazılmadan oxunanlar.

Bu bəhsdə onlar haqda geniş söhbət açacaq, yazılış qaydaları və əlamətləndirilməsi ilə tanış olacağıq.

Kəlmənin əsas və kök hissəsində yazılmadan oxunan hərflər

Qeyd etdiyimiz kimi, «الف», «واو»«ياء» hərfləri bə`zi kəlmələrdə yazılmadan oxunur.

Belə kəlmələrdə bu üç «ا - و- ى» hərfin yazılmamasının müxtəlif səbəbləri vardır ki, burada onlardan yalnız birini gətirməklə kifayətlənirik: «Təkrarın qarşısını almaq üçün».

Әrəb dilli xalqlar öz ilk yazı ədəbiyyatlarında bu üç «ا - و - ى» hərfin təkrarlanmasının qarşısını alırdılar. Hər hansı kəlmədə bu üç hərfdən biri təkrar olaraq yanaşı gəldikdə, onlardan birini yazmaqla kifayətlənirdilər. Məsələn:

نَبِيِّينَ – يَسْتَوُونَ – تَرَاءَا – بَاؤُو

Yuxarıdakı sözlər bu şəkildə yazılırdı:

نَبِيِّنَ – يَسْتَوُنَ - تَرَا - بَاؤُ[1]

Düzgün qiraət etməkdən ötrü Qur`anı yenidən əlamətləndirdikdən sonra təkrardan qaçmaq üçün atılan bu hərflərin yerinə onların (ا - و – ى) kiçik şəklini əlavə etdilər.

Məsələn:

[2]

 

Kəlmənin qeyri-əsas və şəkilçi hissəsində yazılmadan oxunan hərflər

Üçüncü şəxsin təkinə aid olan əvəzliyin (ـه ه) işba olunması nəticəsində əmələ gələn «واو»«ياء» hərfləri yazılmadan oxunurlar.

Burada ilk növbədə işbaüçüncü şəxsin təkinə aid olan əvəzliyin (ـه ه) mə`nasına diqqət yetirək.

İşba: Qiraət istilahında hərəkəni doyurmaq və ya doldurmaq mə`nasındadır. Fəthədən “əlif məddi”, kəsrədən “ya məddi” və zəmmədən “vəv məddi” əmələ gəlməsi də bu qəbildəndir.

Әrəb dilində üçüncü şəxsin təkinə aid olan «ـه ه» əvəzliyi kəlmənin axırında gəlir və bizim dildə olan «O» üçüncü şəxs əvəzliyinin mə`nasını verir.

Məsələn:

«لَهُ» (onun üçün),    «فِيهِ» (onda).

«ـه ه» əvəzliyi özündən əvvəlki hərf hərəkəli olduqda, işba olunur. Yə`ni, əgər «هاء» hərfinin hərəkəsi kəsrə «ـهِ هِ» olduqda “yə məddi”nə «هِى», zəmmə «ـهُ هُ» olduqda isə“vəv məddi”nə «هُو» çevrilir.

Məsələn:

بِهِ – لَهُ – مَالُهُ  yazılır,         بِهِى – لَهُو – مَالُهُو   oxunur.

Qeyd:Bə`zi Qur`anlarda işba nəticəsində əmələ gəlmiş “واو” “ياء” hərflərini kiçik surətdə «هاء» hərfinin qarşısında yazmışlar.

Məsələn:

Qeyd: Bu əvəzliyin «هاء» hərfi aşağıda göstərilən üç yerdə işba olunmaz:

1. «هاء»dan qabaqda gələn hərf sakin olarsa;

Məsələn:

2. «هاء»dan qabaqda gələn hərf mədd hərflərindən biri olarsa;

Məsələn:

3. «هاء»dan sonra sakin və ya təşdidli hərf olarsa.

Məsələn:

Mətləblər

1. «اَرْجِهْ، فَاَلْقِهْ»kəlmələrində üçüncü şəxsin təkinə aid olan əvəzliyin «هاء» hərfi sakin olur.

2. «وَمَا اَنْسَانِيهُ، عَلَيْهُ اللَّه» kəlmələrində üçüncü şəxsin təkinə aid olan əvəzliyin «هاء» hərfi zəmməli olur.

3. «يَرْضَهُ لَكُمْ» kəlməsində üçüncü şəxsin təkinə aid olan əvəzliyin «هاء» hərfi işba olunmaz.

4. «هاء» hərfi «مَا نَفْقَهُ كَثِيرًا» ifadəsində əvəzlik deyil, zati və əsli hərflərdən olduğu üçün işba olunmaz.

5. Üçüncü şəxsin təkinə aid olan əvəzliyin «هاء» hərfi «فِيهِ مُهَانًا» ifadəsində işba olunar.

6.  kəlməsinin axırında gələn «هاء» hərfi əsli və zati hərflərdən olmasına baxmayaraq, işba olunur.

7. «هاء» hərfi bir neçə yerdə axırıncı hərfin hərəkəsini saxlamaq və ayələrin ahəngini qorumaq üçün sakin olur. Onlar aşağıdakılardan ibarətdir:

لَمْ يَتَسَنَّهْ – اِقْتَدِهْ - كِتَابِيَهْ - حَسَابِيَهْ

مَالِيَهْ – سُلْطَانِيَهْ – مَاهِيَهْ

 

Tapşırıq: Aşağıdakı kəlmələri hecalamaqla oxuyun:

Sual və tapşırıqlar:

1. Üçüncü şəxsin təkinə aid olan əvəzliyin «هاء» hərfinin işba olunma yerlərini misal gətirməklə yazın.

2. Üçüncü şəxsin təkinə aid olan əvəzliyin «هاء» hərfinin işba olunmayan yerlərini misal gətirməklə yazın.

3. «عبس»«فجر» surələrini öyrəndiyimiz qayda və izahlar əsasında oxuyun və üçüncü şəxsin təkinə aid olan əvəzliyin «هاء» hərfinin işba olunan və olunmayan yerlərini aydınlaşdırın.

4. «قارعة» surəsini «Osman-Taha» xətti ilə yazılmış Qur`anın üzündən əvvəldən axıradək dəftərinizə köçürün.


[1] Əslində «تَرَاءَا» olmuşdur; əvvəllər mövcud olan ərəb qrafikasında “həmzə”nin xüsusi forması olmamışdır və bu «ء» şəkil ərəb əlifbasına qəməri tarixi ilə ikinci əsrin axırlarında Xəlil ibni Əhməd Fərahidi tərəfindən daxil edilmişdir. Bu əlamət atıldıqda «تراا» əlifin təkrarlanması qarşıya çıxırdı və bunun qarşısını almaq üçün də bu “əlif”lərdən birini yazmırdılar «ترا». “Həmzə” üçün bu «ء» şəkil tə`yin olunduqdan sonra onu mövcud olan “əlif”dən qabaq yazdılar «ترءا» və qiraəti asanlaşdırmaq üçün fəthəli “ra” hərfindən sonra bir kiçik əlif də əlavə etdilər «تَرَءَا».

[2] Bə`zi Qur`anlarda «بَاؤُ» kəlməsini bu «بَاءُو» surətdə yazırlar, belə olduqda kiçik “vəv” hərfinin əlavə olunmasına ehtiyac qalmır.