') //-->
Әrəb dilində ilk hərfi sakin olan kəlmələrin tələffüzü çətin və ya qeyri-mümkündür.
Məsələn: «نْصُرْ – هْبِطْ»
Belə kəlmələrin tələffüzünü asanlaşdırmaq üçün «vəsl həmzəsi» adlanan hərəkəli “əlif” hərfindən istifadə olunur. Bu həmzəyə «birləşdirici həmzə» də deyilir.
“Vəsl həmzəsi” cümlənin əvvəlində oxunur, amma iki kəlmənin arasında tələffüz olunmur.
اُدْخُلُوا – يَاقَوْمِ ادْخُلُوا
“Vəsl həmzəsi”ndən əlavə digər bir həmzə də vardır ki, ona “qət həmzəsi” deyilir. “Qət həmzəsi” cümlənin həm əvvəlində və həm dəortasında oxunur.
Məsələn:
اَرْسَلْنَا – لَقَدْ اَرْسَلْنَا
Qeyd:Bə`zi Qur`anlarda “qət həmzəsi”nin üzərinə “həmzə” «أ» və “vəsl həmzəsi”nin üzərinə isə kiçik «صاد» “sad” «» hərfi qoyulur.
Məsələn:
Tapşırıq:1 Aşağıdakı kəlmələri hecalamaqla oxuyun.
“Vəsl həmzəsi” hərf, isim və fe`lin başlanğıcında gəlir.
Hərfdə: Müəyyənlik bildirən əlif-lamın «ال» həmzəsi həmişə fəthəli olur.
Məsələn:
oxunur.اَلْكِتَاب، اَلْقَمَر yazılır, الْكِتَاب، الْقَمَر
İsmlərdə:Həmişə kəsrəli olur.
Məsələn:
oxunur. اِبْن اِسْم yazılır, ابْن، اسْم
Fe`llərdə:Həmzədən sonrakı ikinci hərfə diqqət yetirməklə müəyyənləşir. Yə`ni, əgər həmin hərf fəthəli və kəsrəli olsa, bu həmzə də kəsrə ilə və əgər zəmməli olsa, bu da zəmmə ilə oxunur.
Məsələn:
افْتَحْ، اضْرِبْ، انْصُرْ yazılır, اِفْتَحْ، اِضْرِبْ، اُنْصُرْ oxunur.
1. Bu beş fe`lin «اقْضُوا، ابْنُوا، امْشُوا، امْضُوا، ائْتُوا»ikinci hərfi, dəyişikliyə uğramazdan qabaq
(اقْضِيُوا، ابْنِيُوا، امْشِيُوا، امْضِيُوا، ائْتِيُوا) zəmmə deyil, kəsrə olduğu üçün onların “vəsl həmzəsi” cümlənin əvvəlində gəldikdə kəsrə ilə oxunur.
2. Qeyd olunan bu ( اِئْتُوا، اِئْتُونِى، اِئْتِيَا،اِئْتِ، اِئْذَنْ )
kəlmələrdə işlənən sakin həmzə, bu kəlmələr özündən qabaqdakı sözlərə birləşdikdə «həmzə» şəklində, başlanğıcda gəldikdə isə «yә məddi» kimi oxunur:
«اِيتُوا، اِيتُونِى، اِيتِيَا، اِيتِ، اِيذَنْ»
3. Sakin həmzə «اُؤْتُمِنَ» kəlməsində də özündən əvvəlki kəlməyə birləşdikdə «həmzə», özündən əvvəlki kəlməyə birləşmədikdə isə «vəv məddi» kimi «اُوتُمِنَ» oxunur.
Mədd hərfləri vəsl həmzəsinə çatdıqda, onlarla vəsl həmzəsindən sonra olan hərf arasında «iltiqayi sakineyn» yaranır (iki sakin hərf yanaşı gəlir). Çünki mədd hərfləri zatən sakindir və mə`lumdur ki, vəsl həmzəsindən sonra gələn hərf də həmişə sakin və ya təşdidli olur. Belə yerlərdə “iltiqayi sakineyn”i aradan qaldırmaq üçün “mədd hərf”ləri oxunmur.
Məsələn:
– فِى لْمَدِينَةِ ذُولْعَرْشِ yazılır,
– فِلْمَدِ ينَةِ – ذُلْعَرْشِ oxunur.
Tapşırıq:2 Aşağıdakı kəlmələri hecalamaqla oxuyun:
7. Müəyyənlik bildirən «ال»“əlif-lam” şəmsi hərflərlə yanaşı işləndikdə
Müəyyənlik bildirən «ال» “əlif-lam” iki hərfdən — “əlif” və “lam” hərflərindən — ibarətdir. Bu birləşmənin birinci tərəfi olan “əlif” “vəsl həmzəsi” sayılır vəikinci tərəfi olan “lam” isə əlifba hərfləri ilə yanaşı gəldikdə iki halda olur:
1. On dörd qəməri
ع، ج، ب، ا، ك، ه، خ، و، ف، ح، ق، غ، م، ى
- (عجبا كه خوف حقّ غمى)
hərfləri ilə yanaşı gəldikdə izhar və aşkarolur.
2. Qalan on dörd şəmsi hərfləri ilə yanaşı gəldikdə isə, həmin hərfin özünə çevrilərək onunla birlikdə idğam olur. Belə yerlərdə “lam”ı sükun əlaməti olmadan, əvəzində ondan sonrakı hərfi təşdidli yazırlar.
Məsələn:
Sual və tapşırıqlar:
1. Vəsl həmzəsi hansı yerlərdə oxunmur?
2. Mədd hərfləri hansı yerlərdə oxunmur və nə üçün?
3. Müəyyənlik bildirən «ال» hansı hərflərin yanında izhar və hansı hərflərin yanında idğam olunur?
4. «طارق», «ضحى» və «بيّنه» surələrini hecalamaqla oxuyun və onların tələffüz olunmayan hərflərinin hansı qaydaya aid olduğunu aydınlaşdırın.
5. «تكاثر» surəsini «Osman-Taha» xətti ilə yazılmış Qur`anın üzündən əvvəldən axıradək dəftərinizə köçürün.