') //-->
Qur`ani-kərimin bə`zi kəlmələrində yazılan, amma qiraətdə tələffüz olunmayan dörd hərfə rast gəlirik ki, onlar aşağıdakılardan ibarətdir:
«ا - ل- و - ى»
Burada həmin hərflərin işlənmə yerlərini aydınlaşdırmaqdan əlavə, onların görünüşü və yazılıb-oxunmamaqlarının səbəbi ilə də tanış olacaqsınız.
Həmzə ilk ərəb yazı qrafikasında xüsusi forması olmayan hərflərdən olmuşdur. Kəlmənin əvvəlində «ا», ortasında və axırında isə öz hərəkəsinə və ya özündən əvvəlki hərfin hərəkəsinə uyğun olaraq «ا - و - ى» surətində yazılırdı. Әvvəlki dərslərdə qeyd olunduğu kimi, Qur`anın düzgün və asan oxunuşu üçün nöqtə və əlamətlər tə`yin olunduqdan sonra, həmzə üçün də bu «ء» forma müəyyənləşdirildi və onu yuxarıda göstərilən üç hərfin üzərində yerləşdirdilər «أ ؤ ئ». Bununla da, Qur`an oxuyanlar asanlıqla bu üç hərfin düzgün tələffüz qaydasına riayət edə bilirlər. Buna görə də müasir yazı qaydalarına uyğun olaraq, bu üç hərf (ا و ى) qeyd olunan yerlərdə yazıda göstərilsə də, qiraətdə tələffüz olunmur və həmzə dayağı sayılır.
Məsələn:
Qeyd: Bə`zi vaxtlar həmzə dayağı olan və kəlmənin əvvəlində və ortasında gələn «يـ» hərfinin nöqtəsi yazılmır «ئـ».
Məsələn:
Bə`zi kəlmələrdə «و» və «ى» hərfi yazılır, amma «ا» kimi oxunur.
Məsələn:
صلوة yazılır صلاة oxunur
موسىyazılır موسا oxunur
Bə`zi Qur`anlarda düzgün oxunuş qaydalarına riayət edilsin deyə, bu iki hərfin üzərinə kiçik əlif qoyulur «». Bütün bu hallarda onlardan əvvəlki hərf fəthəli olduğundan, bu əlif özündən qabaq gələn fəthənin iki dəfə uzadılmasına səbəb olur. Burada da«و» və «ى» əlif məddi üçün dayaq hökmündə olur.
Məsələn:
Qeyd:Bə`zi Qur`anlarda əlif məddin dayağı olan və kəlmənin əvvəlində və ortasında gələn «يـ» hərfinin nöqtəsi yazılmır «».
Məsələn:
Sonu cəm əlaməti olan “vəv” hərfi ilə qurtaran fe`llərin axırında heç bir əvəzlik gəlmədikdə, cəm əlaməti olan “vəv” hərfi digər “vəv” hərfləri ilə dəyişik düşməsin deyə, həmin hərfdən sonra bir “əlif” yazılır.
Məsələn:
نَصَرُوا - فَرِحُوا - ءَامَنُوا - كَانُوا - صَبَرُوا - تَعْثَوْا
Bu “əlif”ə “cəm əlaməti olan əlif”dən əlavə, “fariqə əlifi” də deyilir. Çünki, bu “əlif” cəmlik əlaməti olan “vəv” hərfini digər “vəv”lərdən fərqləndirir.
Qur`anda altı kəlməyə rast gəlirik ki, onlar “vəv məddi” «اُو» ilə yazılır, amma oxunmur. Bu altı kəlmənin yazılış və oxunuş qaydası aşağıdakı kimidir:
belə yazılır,
belə oxunur.
Bu kəlmələrin oxunuşu üçün heç bir qayda qeyd olunmamışdır.
Qeyd:Bə`zi Qur`anlarda cəm əlaməti olan əlifin və bu altı kəlmənin “vəv” hərfinin üzərində bu iki hərfin tələffüz olunmamasına dəlalət edən kiçik bir dairə qoyulur [1] Məsələn:
Sual və tapşırıqlar:
1. “Vəv məddi” oxunmayan altı kəlməni yazın.
2. «بروج», «اعلى» və «ليل» surələrini mütaliə edin və onların dərsimizdə qeyd olunan oxunmayan hərflərini müəyyənləşdirin və hecalamaqla oxuyun.
3. «عصر» surəsini «Osman-Taha» xətti ilə yazılmış Qur`anın üzündən əvvəldən axıradək dəftərinizə köçürün.
[1] Bu əlamət hesab elmində olan «sıfr»dan götürülmüşdür. Riyaziyyat elmində bu əlamət ədədin olmamazlığına dəlalət edirsə, qiraət elmində tələffüzün olmamasını göstərir. Qeyd etmək lazımdır ki, bə`ziləri sakin hərfi göstərmək üçün də bu əlamətdən istifadə edirlər. Onlar bu əlaməti hərəkənin olmamazlığı mə`nası kimi və ya ərəb dilində “sakin olunmuş” mə`nasını verən «مُسكَّن» sözündəki «mim» hərfinin baş hissəsindən götürmüşlər.