') //-->
İqlab, burada “nun sakin” və “tənvin”in sakin “mim” hərfinə çevrilməsi mə`nasındadır.
“Nun sakin” və ya “tənvin” «باء» hərfindən əvvəl gəldikdə, «م» “mim” hərfinə çevrilir və iqlab əmələ gəlir. (Burada, “mim” hərfi əmələ gəldiyindən ğunnə ilə tələffüz olunmalıdır.)
Məsələn:
اَنْبِيَآءُ – أَمَدًا بَعِيدًا – سَمِيعٌ بَصِيرٌ
Qarilərə göstəriş olaraq bu yerdə “nun sakin”in sükun əlaməti yazılmır və onun yerinə kiçik “mim” hərfi qoyulur . Həmçinin tənvin olan yerlərdə həmin tənvinin bir fəthə və ya kəsrəsi atılır və əvəzində kiçik “mim” hərfi gətirilir .
Məsələn:
Qeyd: “Mim sakin” «باء» hərfindən əvvəl gəldikdə, ğunnə ilə tələffüz olunmalıdır. Bu səbəbdən də “mim” hərfinin sükun əlaməti yazılmır.
Məsələn:
İxfa — burada hərfləri “izhar” ilə “idğam” arasında olan müəyyən bir halda tələffüz etmək mə`nasındadır.
“Nun sakin” və “tənvin” izhar və idğamda adları çəkilən hərflərdən başqa, yerdə qalan on beş hərfdən hər birinə çatdıqda ixfa olur. İxfa edən zaman dil “nun” hərfinin tələffüz yerinə yetişməmiş sonrakı hərf öz məxrəcinə yaxınlaşır. Bu halda səs ğunnə surətində iki hərəkə miqdarında davam edir və bu zaman yerdə qalan hərf asanlıqla tələffüz olunur. Bu qaydaya Azərbaycan dilinin bə`zi kəlmələrində də rast gəlmək olur. Məsələn insan, münsif, incil və bu kimi digər kəlmələrdə onların «n» hərfi tam şəkildə tələffüz olunmur.
Belə yerlərdə də “naqis idğam”da olduğu kimi, “nun sakin” sükun əlaməti olmadan «ن», tənvin fəthə və tənvin kəsrədə fəthə və kəsrə bir-birinə bərabər olmayan surətdə, tənvin zəmmədə isə zəmmə əlaməti bir-birinin yanında yazılır .
“Nun sakin” və “tənvin”in bu cür yazılışı “izhar”ın, qalan hərflərin təşdidsiz yazılması isə “idğam”ın olmamasını göstərdiyindən, mə`lumdur ki, qalan hallar ixfaya aid olacaqdır.
Məsələn:
Sual və tapşırıqlar:
1. İqlabın tə`rifini deyin və onun əmələ gəldiyi yerləri izah edin.
2. İxfanın tə`rifini deyin və onun əmələ gəldiyi yerləri aydınlaşdırın.
3. «تكوير» «طارق» və «بلد» surələrində iqlab və ixfanın əmələ gəldiyi yerləri müəyyən edin və onları hecalamaqla oxuyun.
4. «هُمَزة» surəsini «Osman-Taha» xətti ilə yazılmış Qur`anın üzündən əvvəldən axıradək dəftərinizə köçürün.