') //-->
Bə`zi ismlərin axırına artırılan sakinli əlavə “nun” hərfinə «تنوين» “tənvin” deyilir. Әlavə “nun” hərfi kəlmənin kök hərflərindən olan “nun” hərfi ilə dəyişik düşməsin deyə, yazıda göstərilmir və əvəzində axırıncı hərfin hərəkəsi qoşalaşdırılmış şəkildə gətirilir .
Qoşalaşdırılmış bu hərəkə (tənvin) “nun sakin” hərfini bildirmək üçündür ki, yazıda göstərilməyib, qiraətdə oxunur. Tənvinin üç növü vardır:
1. Tənvin fəthə .
Məsələn:
«رَحْمَةً» yazılır «رَحْمَةَنْ » oxunur
2. Tənvin kəsrə .
Məsələn:
«رَحْمَةٍ» yazılır «رَحْمَةِنْ » oxunur
3. Tənvin zəmmə .
Məsələn:
«رَحْمَةٌ» yazılır «رَحْمَةُنْ » oxunur
Qeyd:Vəqf edən zaman sözlərin axırı «əlif məddi» surətində oxunsun deyə, tənvin fəthə ilə qurtaran kəlmələrdən sonra “əlif” hərfi gətirilir.
Məsələn:
«كِتَابًا» yazılır, vəqf zamanı isə «كِتَابَا» oxunur.
Tapşırıq:1. Aşığıdakı kəlmələri hecalamaqla oxuyun.
Mətləb: Aşağıda göstərilən üç halda tənvin fəthədən sonra əlif gətirilməmişdir:
1. Girdə “ta” «ة» ilə qurtaran kəlmələrdə; Burada vəqf zamanı «ة» hərfi sakin «هْ» hərfinə çevrilir.
Məsələn:
«رَحْمَةً حَيَاةً » yazılır, vəqf zamanı isə «رَحْمَهْ حَيَاهْ » oxunur.
2. Әlif məddi «ياء» “yə” surətində yazılmış kəlmələrdə; Gələcək dərslərdə bunun səbəbləri aydınlaşdırılacaq.
Məsələn: «هُدًى - ضُحًى»
3. Həmzə ilə qurtaran bə`zi kəlmələrdə. Bu barədə də gələcək dərslərdə söhbət açılacaq.
Məsələn: «مَآءً - سَمَآءً»
Tapşırıq:2. Aşağıdakı kəlmələri hecalamaqla oxuyun.
Sual və tapşırıqlar:
1. Tənvinin tə`rifini deyin və onun hər bir növü üçün misal gətirin.
2. Hansı yerlərdə «tənvin fəthə»dən sonra “əlif” gəlməmişdir.
3. «فجر» və «عاديات» surələrində tənvinin növünü tə`yin edin və onları hecalamaqla oxuyun.
4. «قريش» surəsini «Osman-Taha» xətti ilə yazılmış Qur`anın üzündən əvvəldən axıradək dəftərinizə köçürün.