') //-->
«مدّ» “mədd” sözü lüğətdə uzatmaq mə`nasını daşıyır. Qiraət elmində isə «mədd hərflərinin tələffüzündə səsin öz təbii miqdarından çox uzadılmasına deyilir.».
“Mədd hərfləri” dərsində öyrəndik ki, hərəkələrdən (fəthə, kəsrə və zəmmə) sonra onlarla həmcins olan hərf (و، ى، ا) gəldikdə, o hərf həmin hərəkənin doğurduğu səsin uzadılmasına səbəb olur. Məddin bu növü o hərfin təbiətində olduğu üçün ona “təbii mədd” deyilir.
Məsələn:
نُوحِيهَا – اُوذِينَا – ءَاتُونِى
Mədd hərflərindən sonra həmzə və ya sakin hərf gəldikdə, həmin hərf öz təbii miqdarından çox uzadılır. Bu səbəbdən də həmzə və sükuna[1] “səbəb məddi” deyilir — yə`ni bunların vasitəsi ilə mədd hərfləri öz təbii miqdarından çox uzadılır.
Həmzə vasitəsi ilə əmələ gələn mədd iki növdür:
1. Müttəsil mədd; (bitişik mədd)
“Mədd hərfi” ilə “həmzə” bir kəlmədə olduqda, “müttəsil mədd” əmələ gəlir. Məddin bu növü dörd hərəkədən altı hərəkəyə qədər uzadılır.
يَشَاءُ – جِىءَ – سُوءُ
2. Münfəsil mədd. (ayrı mədd)
“Mədd hərfi” bir kəlmənin axırında və “həmzə” həmin kəlmədən sonra gələn başqa bir kəlmənin əvvəlində olduqda “münfəsil mədd” əmələ gəlir. Məddin bu növü iki hərəkədən beş hərəkəyə qədər uzadılır.
رَبَّنَا إِنَّنَا – وُهُزِّى إِلَيْكِ – وَجَاءُوأَبَاهُمْ
Sükun vasitəsi ilə əmələ gələn məddə “lazım məddi” deyilir. “Lazım məddi”in uzadılma miqdarı altı hərəkə qədərindədir.
Məsələn:
–﴾ضَالِّينَ – ق ﴿قَافْ
Bə`zi Qur`anlarda bu «~» əlaməti mədd hərfinin üzərində yerləşdirirlər.
Bu əlamət «مدّ» “mədd” kəlməsindən götürülmüşdür; Burada «م» “mim” hərfinin aşağı və dal hərfinin yuxarı hissəsi atılmışdır «~، مد».
Məsələn:
Sual və tapşırıqlar:
1. Məddin tə`rifini deyin.
2. “Mədd hərfi” ilə “səbəb məddi” arasındakı fərqi izah edin.
3. “Müttəsil mədd” ilə “münfəsil mədd” arasında hansı fərqlər vardır?
4. «نبأ» surəsində məddin növlərini müəyyən edin və onları hecalamaqla oxuyun.
5. «ماعون» surəsini «Osman-Taha» xətti ilə yazılmış Qur`anın üzündən əvvəldən axıradək dəftərinizə köçürün.
[1] Təşdid əlamətinin daxilində də sükun gizləndiyi üçün səbəb məddi hesab olunur.