') //-->
Keçən dərsdə təşdid əlaməti ilə tanış olduq və öyrəndik ki, eyni hərf ardıcıl olaraq iki dəfə təkrar olunsa və birinci hərf sakin, ikinci hərf hərəkəli olsa, tələffüzü asanlaşdırmaq üçün birinci hərfi ikinci hərfdə «ادغام» “idğam” edirlər.
İdğamın qiraət elmində mə`nası:
«Bir hərfi digər hərfə daxil edən zaman birinci hərf tələffüz olunmur və onun əvəzində ikinci hərf təşdidlə oxunur.»
Məsələn:
قُلْ لِمَنْ “qul limən” şəklində yazılır və قُلِّمَنْ “qullimən” kimi oxunur.
Qeyd:Birinci hərfə «مُدْغَمْ» “mudğəm” və ikinci hərfə «مُدْغَمٌ فِيه» “mudğəmun fih” deyilir.
Bir-birində idğam olunan hərflər bir neçə qismdir:
1. İdğam bir kəlmədə olsa, “mudğəm” hərfi yazılmır və onun əvəzində “mudğəmun fih” hərfi təşdid əlaməti ilə göstərilir.
Məsələn:
رَبْ بُ → رَبُّ
اِلْ →
2. İdğam, yanaşı gələn ayrı-ayrı kəlmələrdə olsa, “mudğəm” hərfi yazılır və belə hallarda Qur`an oxuyanlar şifahi olaraq həmin qaydaya əməl etməlidirlər.
Məsələn:
رَبِحَتْ تِجَارَتُهُمْ yazılır və رَبِحَتِّجَارَتُهُمْ oxunur
اَلَمْ اَقُلْ لَكُمْ yazılır və اَلَمْ اَقُلَّكُمْ oxunur
تَسْتَطِعْ عَلَيْهِ yazılır və تَسْتَطِعَّلَيْهِ oxunur
Bə`zi Qur`anlarda idğamı bildirmək üçün oxuculara göstəriş olaraq “mudğəm” hərfinin sükun əlaməti yazılmır və onun əvəzində “mudğəmun fih” hərfi təşdid əlaməti ilə göstərilir.
Məsələn:
Qeyd:Qur`anda bə`zən eyni olmayan, lakin eyni məxrəcdən tələffüz olunan hərflərlə də rastlaşırıq. Bu hərflər idğam qaydasına uyğun olaraq yanaşı gəldikdə, onlar üçün də həmin qayda tətbiq olunmalıdır.
Məsələn:
لَقَدْ تَابَ yazılır لَقَتَّابَ oxunur
َ يَلْهَثْ ذَ لِك yazılır يَلْهَذَّ لِكَ oxunur
بَلْ رَبُّكُمْ yazılır بَرَّبُّكُمْ oxunur
Tapşırıq: Aşağıdakı kəlmələri idğam qaydasına əməl etməklə hecalayıb oxuyun.
Sual və tapşırıqlar:
1. Qiraət elmində idğamın mə`nası nədir?
2. «تكوير» və «انفطار» surələrində təşdidli hərfləri müəyyən edin və onları hecalamaqla oxuyun.
3. «كوثر» surəsini «Osman-Taha» xətti ilə yazılmış Qur`anın üzündən əvvəldən axıradək dəftərinizə köçürün.