Yeddinci dərs

Təşdid

Hər hansı bir hərf iki dəfə bir-birinin ardınca təkrar olunsa — birincisi sakin və ikincisi hərəkəli — onun tələffüz edilməsi ağır olacaqdır. Çünki tələffüz zamanı dilimizi iki dəfə bir hərfin məxrəcinə aparmağa məcbur oluruq.

Məsələn:

مَدْ، دَ  –  ثُمْ، مَ   –   اِلْ،

Qoşa hərflərin tələffüzü zamanı yaranan bu çətinliyi aradan qaldırmaq üçün birinci hərf ikinci hərfdə idğam olunur. Nəticədə dil yalnız bir dəfə şiddətlə o hərfin tələffüz yerinə aparılır. (Dil o hərfin məxrəcinə aparılan zaman sükun halətində və o yerdən ayrılan zaman isə həmin hərfin hərəkəsində olur).

Qoşa hərfləri göstərmək üçün bu  əlamətdən istifadə olunur. Bu əlamətin adı «təşdid»dir.

Bu əlamət «شِدَّ » “şiddə” kəlməsinin əvvəlində olan «شـ» “şin” hərfindən götürülmüşdür və həmin hərfin tələffüz zamanı şiddətlə ifadə olunmasına dəlalət edir. Bu əlaməti düzəltmək üçün «شـ » “şin” hərfinin çıxıntıları saxlanılmış, qalan hissələri isə atılmışdır «».

Bu  əlamət həmişə hərfin yuxarısında yerləşdirilir və üç hərəkədən (fəthə, kəsrə və zəmmə) biri ilə yanaşı işlədilir.

Məsələn:

مَدَّ  –  ثُمَّ  –  اِ

Tapşırıq: Aşığıdakı kəlmələri hecalamaqla oxuyun.

Qeyd:Təşdidli hərflərin tələffüzünə diqqət yetirsəniz mə`lum olar ki, iki hərfin— “təşdidli mim” və “təşdidli nun” hərflərinin tələffüzü digər təşdidli hərflərin tələffüzü ilə fərqlənir. “Təşdidli mim” və “təşdidli nun” hərflərini tələffüz edən zaman səs burun boşluğunda yayılır. Digər təşdidli hərflər isə ağız boşluğundan xaric olur.

Qiraət elmində bu halətə «غُنَّه»ğunnə” deyilir.

Ğunnə” burun boşluğundan xaric olan bir səsdir. Bu səs iki hərfə — «م»«ن» hərflərinə məxsusudur. Әn kamil «غُنَّه» “ğunnə” bu iki hərf təşdidli olduqda və səs iki hərəkə miqdarında burun boşluğunda saxlandığı surətdə əmələ gəlir. Әgər “təşdidli mim” və “təşdidli nun” hərfləri olan yerlərdə ğunnənin bu halətinə riayət etsək, tilavətimiz düzgün və gözəl olacaqdır.

Məsələn:

Sual və tapşırıqlar:

1. Təşdid əlaməti hansı hərfdən götürülmüşdür?

2. “Ğunnə”nin tə`rifini və onun hansı hərflərə aid olduğunu deyin.

3. «انشقاق»«تكاثر» surələrində təşdidli hərfləri müəyyən edin və onları hecalamaqla oxuyun.

4. «كافرون» surəsini «Osman-Taha» xətti ilə yazılmış Qur`anın üzündən əvvəldən axıradək dəftərinizə köçürün.