Altıncı dərs

Sükun

Hərəkəsi olmayan hərfə «ساكن» “sakin” deyilir.

Sakin hərfi göstərmək üçün “sükun” adlanan bu «» əlamətdən istifadə olunur.

Bu əlamət şərti olaraq yüngül mə`nasını daşıyan «خفيف» “xəfif” kəlməsinin əvvəlindən götrülmüşdür və sakin hərfin hərəkəli və ya təşdidli hərflə müqayisədə xəfif və yüngül tələffüz olunmasını göstərir. Bu əlamət də «خفيف» “xəfif” kəlməsinin birinci hərfinin ixtisara salınmış formasıdır «».

Bə`zi Qur`anlarda sakin hərfi göstərmək üçün «مُسَكَّن» “müsəkkən” (sakin olmuş) sözündəki «م» “mim” hərfinin əvvəlindən götürülmüş girdə [1] əlamətdən istifadə olunmuşdur «».

Әrəb dilində hərəkəsiz hərf çətin tələffüz olunduğu üçün özündən qabaqda olan hərəkəli hərfin vasitəsi ilə bir hecada oxunur.

Məsələn:

Qeyd: Sükun əlaməti olan hərfə «ساكن» “sakin” deyilir.

Mətləb: Sakin «و » “vəv” və «ياء » “yə”-hərfindən qabaq fəthə gələrsə, incə (diftonq) tələffüz edilməlidir. Diqqət yetirmək lazımdır ki, “vəv” hərfindən qabaqda gələn fəthə “o” və “yə” hərfindən qabaq gələn fəthə “e” səsi kimi tələffüz olunmamalıdır.

Məsələn:

Sual və tapşırıqlar:

1. Sükunla sakinin fərqini izah edin.

2. Sükun əlaməti hansı hərfdən götürülmüşdür?

3. «مطففين»«بلد» surələrində sakin hərfləri tə`yin edin və onları hecalamaqla oxuyun.

4. «نصر» surəsini «Osman-Taha» xətti ilə yazılmış Qur`anın üzündən əvvəldən axıradək dəftərinizə köçürün.


[1]- Bə`zilərinin nəzərinə görə bu «ـْـ» əlamət hesab elmində olan «sıfr»dan götürülmüşdür. Riyaziyyat elmində bu əlamət ədədin olmamazlığına dəlalət edirsə, Qur`an qiraətində və qiraət elmində sait və hərəkənin olmamazlığını (sükun) göstərir.