') //-->
Məksur hərfdən sonra «يا » “yə” hərfi gəldikdə , kəsrənin doğurduğu səs iki dəfə uzadılır və buna görə də ona «يا مدّى » “yə məddi” deyilir.
«يا مدّى » “yə məddi” bütün hərflərdə eyni şəkildə və Azərbaycan dilində olan uzun «i» saiti kimi tələffüz olunur.
Məsələn:
Zəmməli hərfdən sonra «و » “vəv” hərfi gəldikdə , zəmmənin doğurduğu səs iki dəfə uzadılır və buna görə də ona «واو مدّى » “vəv məddi” deyilir.
«واومدّى» “vəv məddi” bütün hərflərdə eyni şəkildə və Azərbaycan dilində olan uzun «u» saiti kimi tələffüz olunur.
Məsələn:
Sual və tapşırıqlar:
1. «يا مدّى» “yə məddi”nin tə`rifini deyin və onun adlandırılma səbəbini izah edin.
2. «واو مدّى» “vəv məddi”nin tə`rifini deyin və onun adlandırılma səbəbini izah edin.
3. «بروج», «فجر» və «تين» surələrində mədd hərflərini müəyyən edin və onları ərəb ləhcəsi ilə oxuyun.
4. «مسد» surəsini «Osman-Taha» xətti ilə yazılmış Qur`anın üzündən əvvəldən axıradək dəftərinizə köçürün.