') //-->
«مدّ» “mədd” sözü lüğətdə uzatmaq mə`nasını daşıyır.
«فتحه، كسره، ضمّه» “fəthə, kəsrə və zəmmə” hərəkələrindən sonra onlarla həmcins olan hərf gələrsə, mədd oxunur, yə`ni həmin hərəkənin doğurduğu səs iki dəfə uzadılır. Bu səbəbdən də o hərfə «حروف مدّى» “mədd hərfləri” deyilir.
«Mədd hərfləri» aşağıdakılardan ibarətdir:
«الف مدّى» “əlif məddi”
«ياء مدّى» “yə məddi”
«واو مدّى» “vəv məddi”
İndi isə onların yazılışı, adı və necə tələffüz olunması ilə tanış olaq.
Məftuh hərfdən sonra «ا» "əlif” gəldikdə , fəthənin doğurduğu səs mədd oxunur, yə`ni iki dəfə uzadılır və buna görə də ona «الف مدّى» “əlif məddi” deyilir.
Məsələn:
“Әlif məddi” bütün hərflərdə eyni qaydada tələffüz olunmur. Belə ki, səkkiz
«خ- ص- ض- ط- ظ- غ- ق- ر»
hərfdən sonra qalın surətdə (Azərbaycan dilində olan «a» hərfi kimi), yerdə qalan 20 hərfdən sonra isə nazik və incə şəkildə (Azərbaycan dilində olan «ə» hərfi kimi) tələffüz olunur.[1]
Məsələn:
Mətləb: İlk vaxtlar bə`zi kəlmələrin “əlif məddi” əlamətini bir sıra səbəblər üzündən yazmırdılar. Sonralar Qur`anın düzgün tilavəti üçün ona bə`zi əlamətlər artırıldıqda, belə yerlərdə məftuh hərfin kənarına kiçik «ا» "əlif” əlavə etməklə əlif məddin tələffüzünün vacibliyini göstərdilər.
Məsələn:
Tapşırıq: Aşağıdakı kəlmələri ərəb ləhcəsi ilə düzgün şəkildə hecalayıb oxuyun.
Sual və tapşırıqlar:
1. Әlif məddin tə`rifini deyin və onun adlandırılma səbəbini izah edin.
2. Әlif məddi hansı hərflərdən sonra incə və hansı hərflərdən sonra qalın tələffüz olunur?
3. «زلزله», «قارعه», «كافرون» və «ناس» surələrində “əlif məddi”ni müəyyən edin, onları incə və qalın tələffüz qaydalarına riayət etməklə oxuyun.
4. «إخلاص» surəsini «Osman-Taha» xətti ilə yazılmış Qur`anın üzündən əvvəldən axıradək dəftərinizə köçürün.
[1]- Bunun səbəbi əlif məddin həmişə özündən əvvəlki hərfə tabe olmasıdır. Əlif məddi incə tələffüz olunan hərflərdən sonra gəldikdə incə, qalın tələffüz olunan hərflərdən sonra gəldikdə isə onlar kimi qalın tələffüz olunur.