Üçüncü dərs

Hərəkələr (qısa saitlər)

Qur`ani-kərimin hərf və kəlmələrinin tələffüzündə hərəkələrin mühüm rolu vardır.

Әrəb əlifbasında olan hərəkələr: «fəthə», «kəsrə», «zəmmə» . Onların yazılış, ad və tələffüzünə diqqət yetirin:

Fəthə

Bu  əlamətə «فَتْحَهْ » “fəthə”deyilir.

«فَتْحَهْ » “fəthə” sözü «فَتْحْ » “fəth” kəlməsindən götürülmüşdür. Bu söz əslində bir dəfə açmaq mə`nasını daşıyan «فَتْحَةٌ » “fəthətun” sözündən alınmışdır. Vəqf edən zaman onun axır hərfi (“tə” «ـة») vəqf qaydalarına uyğun olaraq sakin “hə” hərfinə «ـهْ» çevrilir.

Fəthənin tələffüzü “əlif” «ا» hərfinin tələffüzünə oxşayır və buna görə də onun yazılışını göstərmək üçün “əlif” hərfindən istifadə edilmişdir. Onlar bir-biri ilə dəyişik düşməsin deyə, “əlif” bir qədər kiçildilmiş və üfüqi vəziyyətə gətirilmiş formada hərfin üstündə yerləşdirilir «».

Onun adının “fəthə” qoyulmasının səbəbi budur ki, üzərində bu əlamət qoyulmuş hərf tələffüz edildikdə dodaqlar bir növ açılmış forma alır.

Qeyd: Әrəb qrafikasında olan “fəthə” Azərbaycan dilində olan «ə» saiti kimi səslənir.

Məsələn:

Qeyd: Fəthəsi olan hərfə “məftuh” deyilir.

Kəsrə

Bu  əlamətə «كَسْرَهْ » “kəsrə” deyilir.

«كَسْرَهْ » “kəsrə” sözü «كَسْرْ » “kəsr” kəlməsindən alınmışdır. Bir dəfə sınmaq mə`nasını daşıyan bu söz, əslində «كَسْرَةٌ» “kəsrətun” məsdərindən götürülmüşdür və tələffüz zamanı dodaqlar bir növ sınıq vəziyyət aldığı üçün belə adlandırılmışdır. Vəqf edən zaman onun sonunda gələn “ta” «ة» hərfi vəqf qaydalarına uyğun, olaraq sakin “ha” «هْ» hərfinə çevrilir.

Kəsrədən doğan «i» səsi bir növ “yə” «ى» hərfinə uyğundur. Ona görə də onu göstərmək üçün şərti işarə olaraq “yə” «ى» hərfindən istifadə edilmişdir. Bu işarə əsl “yə” «ى» hərfi ilə dəyişik düşməsin deyə, əvvəldə gələn “yə” «يـ» hərfi nöqtəsiz halətdə onun altında yazılır «». Kəsrənin ilk şəkli çıxıntılı olmuşdur. Bu işarə Həddindən artıq çox işləndiyi və yazı üslubunda asanlaşdırmaq lazım gəldiyi üçün, sonralar onun çıxıntısı ixtisara salındı .

Məsələn:

Qeyd:Kəsrəsi olan hərfə «مكسور» “məksur” deyilir.

Zəmmə

Bu əlamətə  «ضَمَّهْ » “zəmmə” deyilir.

« ضَمّ » “zəmm” kəlməsindən alınan bu söz, əslində «ضَمَّةٌ» “zəmmətun” olmuşdur və mə`nası da girdə şəkildə bir-birinə qovuşmaqdır. Bu sözün axırında gələn «ـة» "ta” hərfi vəqf qaydalarına uyğun olaraq, sakin «هْ» “ha” hərfinə çevrilir.

Zəmmənin doğurduğu səs bir növ «و » “vəv” hərfinə uyğun olduğundan, onu göstərmək üçün «و » “vəv” hərfindən istifadə olunmuşdur. Bu işarə də «و » “vəv” hərfi ilə dəyişik düşməsin deyə, onu kiçik “vəv” şəklində hərfin üzərində yerləşdirmişlər .

Onun zəmmə adlandırılmasının səbəbi budur ki, bu əlamətə malik olan hərfi tələffüz etdikdə, dodaqlar bir-birinə yaxınlaşaraq qönçələnir.

Qeyd:Bə`zi yerlərdə səhv olaraq “zəmmə”ni «ü» saiti kimi tələffüz edirlər Diqqət yetirmək lazımdır ki, ərəb dilində olan “zəmmə” işarəsi Azərbaycan dilində olan qısa «u» hərfinin səsini verir.

Məsələn:

Qeyd:Zəmməsi olan hərfə «مضموم» “məzmum” deyilir.

Sual və tapşırıqlar:

1. «فتحه، كسره، ضمّه» “fəthə, kəsrə və zəmmə” hərəkələrinin tə`rifini deyin və onların adlandırılma səbəbini izah edin.

2.  «فتحه، كسره، ضمّه » “fəthə, kəsrə və zəmmə” hərəkələrinin yazılış formaları hansı hərflərdən götürülmüşdür?

3. «حمد», «انشراح», «فيل»«فلق» surələrində məftuh, məksur və məzmum hərfləri müəyyən edin və onların ərəb dilində düzgün tələffüzünə diqqət yetirin.

4. «فلق» surəsini «Osman-Taha» xətti ilə yazılmış Qur`anın üzündən əvvəldən axıradək dəftərinizə köçürün.