Birinci dərs

Әrəb dilinin əlifbası və Qur`ani-kərimin MÜQƏTTƏ`Ə hərfləri

Mə`lum olduğu kimi, hər bir dili öyrənmək üçün ilk növbədə həmin dilin əlifba və hərfləri ilə tanış olmaq lazımdır. Müqəddəs kitabımız olan Qur`ani-kərim də ərəb dilində nazil olduğu üçün, onun orjinal oxunuşunu öyrənməkdən ötrü həmin dilin əlifbası ilə tanış olmalıyıq.

Səslərin birləşərək hərflər əmələ gətirməsi və hərflərin də öz növbəsində birləşərək sözlər əmələ gətirməsi bütün dillərə xarakterik olan bir xüsusiyyətdir. Amma bundan əlavə, hər bir hərfin özünəməxsus yazılış, adtələffüzü də vardır ki, o dili öyrənmək istəyənlər onlara da diqqət yetirməlidirlər.

Әrəb və Azərbaycan əlifbaları arasında olan müxtəlifliyi göstərmək üçün bu dillərin fonetika qaydaları arasında olan bir neçə fərqi nəzərinizə çatdırırıq.

Qeyd etdik ki, hər bir hərf müəyyən səslərdən əmələ gəlir. Әrəb və Azərbaycan dilində mövcud olan səslərin də bə`zisi müştərək və bə`zisi müxtəlifdir.

Müştərək səslər:

1. Sait hərfləri təşkil edən «a», «u», «ə», «i» səsləri;

2. Samit hərfləri təşkil edən «y», «k», «n», «q», «ş», «h», «z», «x», «c», «f», «v», «r», «l», «d», «s», «m», «t», «ğ», «b» səsləri.

Azərbaycan dilinə aid olan «müxtəlif səslər»:

1. Sait hərfləri təşkil edən «ü», «e», «ı», «o», «ö» səsləri;

2. Samit hərfləri təşkil edən «p», «j», «g», «ç» səsləri.

Әrəb dilinə aid olan «müxtəlif səslər»:

«ع» “əyn”, «ء» “həmzə”.

«ع» “əyn” samit hərf olub, Әrəb dilinə məxsus bir səsdir.

«ء» “həmzə” hərfi qəbul etdiyi əlamətə uyğun olaraq müxtəlif sait («u», «ə», «i») səsləri və (sükun halında) Әrəb dilinə məxsus bir səs əmələ gətirir.

Әrəb əlifbasında Azərbaycan əlifbasından fərqli olaraq, sait səslər müstəqil hərf şəklində deyil, “hərəkə” adlanan xüsusi əlamətlərlə göstərilir.

Bundan əlavə, Azərbaycan dilində bə`zi hərflər vardır ki, Әrəb dilində onların hər birinin qarşısında müxtəlif tələffüzlü bir neçə hərf dayanır:

«t»                     «ت», «ط»

     «s»         «ث», «س», «ص»

«h»                       «ح», «ه»

              «z»    «ذ», «ز», «ض», «ظ»

Nəticədə Qur`an əlifbası 28 hərfdən ibarət olur.

Nəzərinizə çatdırırıq ki, Qur`an hərflərinin adlarını düzgün öyrənmək Qur`anın,xüsusilə də müqəttə`ə hərflərinin səhih oxunmasında çox faydalıdır. İndi isə aşağıdakı cədvəldə hərflərin adları ilə tanış olaq.

Sıra - №

Hərflər

Hərflə-rin adı

Azərbaycan dilində deyilişi

1

ا - ء

الف، همزه

“əlif”,“həmzə”

2

ب

باء

“bə”

3

ت

تاء

“tə”

4

ث

ثاء

“sə”

5

ج

جيم

“cim”

6

ح

حاء

“hə”

7

خ

خاء

“xa”

8

د

دال

“dəl”

9

ذ

ذال

“zəl”

10

ر

راء

“ra”

11

ز

«زاى زاء»

“zə” «zəy»

12

س

سين

“sin”

13

ش

شين

“şin”

14

ص

صاد

“sad”

15

ض

ضاد

“zad”

16

ط

طاء

“ta”

17

ظ

ظاء

“za”

18

ع

عين

“əyn”

19

غ

غين

“ğayn”

20

ف

فاء

“fə”

21

ق

قاف

“qaf”

22

ك

كاف

“kəf”

23

ل

لام

“ləm”

24

م

ميم

“mim”

25

ن

نون

“nun”

26

ه

هاء

“hə”

27

و

واو

“vəv”

28

ى

ياء

“yə”

Mətləb: «ء» hərfi kəlmənin əvvəlində «الف» “əlif” surətində yazılır. Bə`zi Qur`anlarda belə “əlif”lərin yuxarı və aşağısında «ء» “həmzə” hərfini göstərirlər.  Məsələn:    أحمد، إمام

Qeyd:Tələffüzü asanlaşdırmaq üçün adları həmzə ilə qurtaran hərflərin həmzəsi oxunmur.

Məsələn: «ب» hərfi yazılışda «باء» kimi yazılır, tələffüzdə isə həmzəsiz «با»” oxunur.

Qur`an hərfləri kəlmənin əvvəlində, ortasında, axırında və müstəqil olmasından asılı olaraq müxtəlif şəkillərdə yazılır:

Sıra - №-si

Kəlmənin əvvəlində yazılışı

Kəlmənin ortasında yazılışı

Kəlmənin axırında yazılışı

Tənha yazılışı

1

ا - ء

ـا - ء

ـا - ء

ا - ء

2

ب

ـب

ـب

ب

3

ت

ـت

ـت

ت

4

ث

ـث

ـث

ث

5

ج

ـج

ـج

ج

6

ح

ـح

ـح

ح

7

خ

ـخ

ـخ

خ

8

د

ـد

ـد

د

9

ذ

ـذ

ـذ

ذ

10

ر

ـر

ـر

ر

11

ز

ـز

ـز

ز

12

س

ـس

ـس

س

13

ش

ـش

ـش

ش

14

ص

ـص

ـص

ص

15

ض

ـض

ـض

ض

16

ط

ـط

ـط

ط

17

ظ

ـظ

ـظ

ظ

18

ع

ـع

ـع

ع

19

غ

ـغ

ـغ

غ

20

ف

ـف

ـف

ف

21

ق

ـق

ـق

ق

22

ك

ـك

ـك

ك

23

ل

ـل

ـل

ل

24

م

ـم

ـم

م

25

ن

ـن

ـن

ن

26

ه

ـه

ـه

ه

27

و

ـو

ـو

و

28

ي

ـي

ـى

ى

Qeyd:  1. «ت»  hərfi bə`zi kəlmələrin  axırında «ة  ـة» şəkilində yazılır.

Qeyd: 2. Kəlmənin sonunda və tənha yazılan “kəf” ك hərfi kəlmənin sonunda gələn “ləm” ل hərfi kimi yazıldığından, onları fərqləndirmək üçün kəlmənin sonunda gəlməyən “kəf” «كـ  » hərfi kiçik surətdə onun içərisində yerləşdirilir: «ك ».

Qur`ani-kərimin müqəttə`ə hərfləri

Әrəb hərflərinin adları ilə tanış olduqdan sonra, Qur`ani-kərimin müqəttə`ə hərflərini də asanlıqla oxuya bilərsiniz.

Qur`ani-kərimin 114 surəsindən 29-u hərflərin hərəkəsiz və müstəqil deyiliş formasında gətirilmişdir. (Yə`ni, hər bir hərf öz adı ilə oxunur). Belə hərflərə «müqəttə`ə hərfləri» deyilir.

Məsələn:

“Yasin” surəsinin ilk sözü:

«يس»   şəklində yazıldığı halda  يا سين   kimi oxunur.

Qeyd:Müqəttə`ə hərflərinin də “həmzə”ləri tələffüz olunmur.

İndi isə təkrar halları nəzərə almadan, Qur`ani-kərimin müqəttə`ə hərfləri ilə tanış olaq:

ص – ق – ن – يس – حم – طه – طس – طسم – الر – الم – المر – المص – حم عسق - كهيعص

Mətləb: Aşağıda göstərilən on hərfdən başqa yerdə qalan bütün hərflər Azərbaycan dilində olduğu kimi tələffüz olunur:

ث، ح، ذ، ص، ض، ط، ظ، ع، ق، و

Qur`ani-kərimin rəvan oxunması üçün bu hərflərin düzgün tələffüzü ilə tanış olmaq, bu hərflərin işləndiyi bə`zi kəlmə və ayələrin üzərində çalışmaq vacibdir. Onların dəqiq tələffüzünü təcvid bəhsində öyrənəcəyik. İnşaallah!

Sual və tapşırıqlar:

1. Müqəttə`ə hərfləri nədir? Misal gətirməklə onların oxunuşunu izah edin.

2. Qur`anın neçə surəsi vardır və onların neçəsi müqəttə`ə hərfləri ilə başlanır?

3. Aşağıda verilmiş müqəttə`ə hərflərinin oxunuşunu yazın:

ق– طسم – المص – طه – الم – الر – حم - المر– يس –كهيعص – حم عسق

4. «فاتحة» surəsini «Osman-Taha» xətti ilə yazılmış Qur`anın üzündən əvvəldən axıradək dəftərinizə köçürün.