Qur`ani-kərimin

RӘVAN OXUNUŞ

Qaydaları

Müəllif: Әli Həbibi

«Qur`ani-kərimin rəvan oxunuş qaydaları»adlı bu qismətdə ərəb rəsmxətli Qur`anlarda olan əlamətləri araşdırmaqla yanaşı, Qur`anın ərəb ləhcəsi ilə oxunması da öyrədilir.

Ön söz

Bismillahirrəhmanirrəhim

Şükürlər olsun Rəbbimizin uca dərgahına ki, Qur`ani-Kərimi təqva sahiblərinin hidayətindən ötrü göndərmiş, onu mö`minlərə şəfa və rəhmət mənbəyi qərar verib, dərindən fikirləşməyimiz üçün ərəb dilində nazil etmişdir!

Salavat və salam göndəririk ilahi elçilərin ən sonuncusu və ən şərəflisi olan həzrət Məhəmməd Mustəfaya (s.ə.v.v.) ki, ilahi ayələri tilavət edərək bizləri pak etmək, kitab, hikmət və bilmədiyimiz şeyləri öyrətmək üçün peyğəmbərliyə məb`us olunmuşdur.

Dərin məhəbbət və itaətimizi bildiririk Peyğəmbərimizin Әhli-beyti və mə`sum sülaləsinə ki, Allah-taala hər cür pislik, günah və xətanı onlardan uzaq etmişdir!